Accessibility links

Corc Buş Konqresdən bir neçə sənədin təsdiqini istəyib


ABŞ prezidenti Corc Buş Ağ Evdə keçirdiyi mətbuat konfransında Konqresi kəşfiyyat qanunu da daxil edilməklə, bir neçə sənədin təsdiqinə çağırıb. Qeyd edək ki, kəşfiyyat qanunu hökumətin terrorizmlə əlaqəsi olanların telefon və digər kommunikasiyalarının monitorinqini mümkün edir. Prezident Buş bu qanunun təcili şəkildə təsdiqinə çağırmaqla yanaşı, Amerikanın təhlükəli kəşfiyyat boşluğu qarşısında olduğunu deyib.

İraq məsələsinə toxunarkən prezdient Buş bildirib ki, Konqres ABŞ-ın İraqdakı qüvvələrin maliyyələşdirilməsinə dair qanunu təsdiq etməlidir. Corc Buş İraqdakı son inkiaşfları diqqətə çəkərək, o ölkəyə əlavə qüvvələrin yerləşdirilməsi ilə vəziyyətin yaxşılaşdığını deyib. ABŞ prezidenti Türkiyə qüvvələrinin İraqın şimal bölgəsindən təcili şəkildə çıxaırlmasını istəyib. O deyib ki, Türkiyənin PKK yaraqlılarına qarşı hərbi əməliyaytalrı məhdud və müvəqqəti olamlıdır.

XS
SM
MD
LG