Accessibility links

Keniyada rəqib fraksiyalar danışıqlara başlayıb


Keniyanın rəqib fraksiyaları dünən qəbul olunmuş ölkənin siyasi böhranının qarşısını almaq məqsədi daşıyan razılaşmadan sonra bu gün danışıqları bərpa ediblər. Keniya prezidenti Muay Kibaki və müxalifət lideri Reyla Odinqa keniyalıları razılaşmanı təsdiq etməyə və ölkədə sülhü bərpa etmək üçün birgə işləməyə çağırıb. İndi onlar diqqətlərini etnik münasibətlər və torpaq islahatları kimi məsələlərə uzunmüddətli yanaşmalar üzərində cəmləşdirəcək. Mübahisəli prezident seçkilərindən sonra ölkədə baş qaldıran iğtişaş və etnik zorakılıqlar nəəticəsində 1000-dən çox insan həlak olub. Yeni razılaşmaya əsasən müxalifət lideri Reyla Odinqa hökumət nazirlərinə nəzarət edəcək baş nazir təyin olunacaq.
XS
SM
MD
LG