Accessibility links

Putin xalqı seçkilərdə fəal olmağa çağırıb


Rusiya prezidenti Vladimir Putin ölkə əhalisini bazar günü prezident seçkilərində fəal iştirak etməyə çağırıb. Müşahidəçilərin çoxu seçkilərdə onun xələfinin qalib gələcəyini düşünürlər. Televiziya vasitəsilə xalqa müraciət edən cənab Putin seçdiyi namizəd Dmitri Medvedev barədə söz açmayıb, ancaq o, seçiciləri Rusiya vətəndaşlarına xeyir verəcək namizədə səs verməyə çağırıb. Moskvada olan xarici jurnalistlər deyirlər ki, rəsmilər qubernator və merlərə seçkidən yayınmaların qarşısını almaq üçün təzyiq göstərir. Müxalif kampaniya reklamlarına çox çətin rast gəlinir. Əvəzində mətbuat diqqətini Medvedevin üzərində cəmləşdirib. Ölkədə rəsmi seçki kampaniyası bu gün sona çatır.

XS
SM
MD
LG