Accessibility links

Livan ABŞ gəmilərinin sahillərindən uzaqlaşmasını tələb edir


Livanda Hezbulla qanunvercisi ölkə sahillərindən kənarda ABŞ hərbi gəmilərinin saxlanmasını təhlükə kimi qiymətləndirib. Həsən Fədlallah bu gün bildirib ki, Hezbulla ABŞ hədələrinə boyun əyməyəcək. Livan baş naziri Fuad Siniora hökumətinin hərbi donanmadan dəstək istəmədiyini deyib. Ağ Evin ali rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Aralıq Dənizi regionunda sabitliyə dəstək məqsədilə əraziyə bir qrup hərbi gəmi göndərib. Admiral Maykl Mallen deyir ki, Amerika hərbi donanmasının mövcudluğu təhlükə yaratmır. Ağ Evin milli təhlükəsizlik müşaviri Qordon Condro isə ABŞ hərbi gəmilərinin regiona gəlişinin Amerikanın Livandakı siyasi situasiyasdan narahatlığını əks etdirdiyini dilə gətirib.

XS
SM
MD
LG