Accessibility links

İsrailin hücumu 4 nəfərin yaralanması ilə nəticələnib


İsrail liderləri ölkə ordusunun Həmas yaraqlıları ilə İsrail qüvvələri arasında çoxsaylı hava hücumları və raket atəşlərinin ardından Qəzza zolağına müdaxiləsini planlaşdırır. Bu gün İsrail Hava qüvvələri Cabelya şəhərində 2-si uşaq olmaqla 4 nəfəri yaralayıb. Dünən isə İsrail hava hücumları nəticəsində 18 nəfər ölüb. Fələstinlilər deyir ki, ölənlərdən 4-ü raket hücümu zamanı həyətdə futbol oynayan oğlanlar olub. Həmas cavab hücumu ilə İsrail ərazisinə raketlər atıb. Raketlərinin böyük bir hissəsinin hədəfi 100 min nəfərin yaşadığı Aşkelon şəhəri olub.
XS
SM
MD
LG