Accessibility links

ABŞ-ın təzyiqləri Türkiyənin İraqdan çıxmasına təsir göstərməyib


Türkiyənin hərbi qüvvələrinin baş komandanı general Yaşar Böyükanıt türk qüvvələrinin İraqın şimalından çıxarılması qərarının Amerikanın təzyiqləri altında verilmədiyini deyib. General qüvvələrin çıxarılmasını hərbi səbəblərlə izah edərək, qüvvələrin kürd yaraqlılarına qarşı missiyasını başa çatdırdığını bildirib. xatrıaladaq ki, cümə axşamı günü ABş prezidenti Corc Buş Türkiyəni qüvvələrin təcili şəkildə İraqın şimalından çxaırlmasını tələb etmişdi. Türkiyə ordusu 240 kürd yaraqlısı və 27 əsgərinin döyüşlər aparıldığı müddət ərzində öldürüldüyünü bidlirlir. Rəsmilərin dediyinə görə əməliyyatlar zamanı 400-ə yaxın hədəf məhv edilmişdir.
XS
SM
MD
LG