Accessibility links

İsrail Qəzza Zolağına hücum edib


Bu gün Həmasın nəzarətindəki Qəzza zolağına İsrailin şiddətli hücumu nəticəsində 33 fələstinli öldürülüb. İsrailin hərbi qüvvələri təyyarə və tankların müşayiətilə Qəzzanın şimalındakı Beyt Hanun və Cebaliyə şəhərlərinin yaxınlığında fələstinli yaraqlılarla toqquşub. Əməliyyatın məqsədi Fələstin yaraqlıların İsrailə raket hücumunu dayandırmaqdır. Fələstin xəstəxanasının rəsmiləri iki uşaq daxil edilməklə ölənlərin yarısının mülki vətəndaş, digərlərinin isə yaraqlı olduğunu bildirirlər. İsrail isə qeyd edir ki, əməliyyatda 5 əsgəri yaralanıb.
XS
SM
MD
LG