Accessibility links

Sabah Rusiyada prezident seçkiləri keçiriləcək


Sabah Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putin tərəfindən namizədliyi irəli sürülən Dmitri Medvedevin qələbə əldə edəcəyi gözlənilir. Seçkiqabağı kampaniyalar dünən başa çatdırılıb. Prezidenti Putin televiziya ilə çıxışı zamanı Rusiya vətəndaşlarını ölkədə sabitliyi təminat altına alacaq bir şəxsə səs verməyə çağırıb. Rəy sorğularına görə baş nazirin birinci müavini Medvedevin qələbəsinə şübhə yoxdur. Dmitri Medvedev Vladimir Putini baş nazir təyin edəcəyinə vəd verib. Xarici jurnalistlərin məlumatına görə səlahiyyətli nümayəndələr qubernatorlar və şəhər merlərinə təzyiq göstərərək, seçkilərdə fəallığın təminat altına alınmasını tələb edirlər. Sabiq müxalifət namizədi, şahmat üzrə dünya çempionu Qari Kasparov seçkiləri “fars” adlandırıb.

XS
SM
MD
LG