Accessibility links

Yerevanın küçələrində əsgərlər və tanklar keşik çəkir


Ermənistan rəsmilərinin bildirdiyinə görə, paytaxt Yerevanda polislə nümayışçilər arasında baş verən toqquşma zamanı 8 nəfər ölüb. Polisin məlumatında bildirilir ki, keçən gecə baş verən hadisələr zamanı 33 polis işçisi bədən xəsarəti alıb.

Ermənistan prezidenti Robert Koçaryan fevralın 19-u mübahisəli president seçkilərindən sonra siyasi aksiyaların zorakılıqlarla nəticələnməsi səbəbindən şənbə günündən ölkədə 20 günlük qadağan saatı elan edib. Bu müddətdə toplantılar keçirmək qadağan edilir və digər məhdudiyyətlər qoyulur.

Ermənistanın iğtişaş polisi nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmiş və minlərlə nümayişçini dağıtmaq üçün havaya avtomatlardan atəş açmışdı. Rəsmilər baş nazir Serj Sarkisyanın qəti qələbə əldə etdiyni bildirir. Müxalifət isə öz namizədi olan keçmiş president Levon Ter-Petrosyanın qələbə çaldığını deyir.

XS
SM
MD
LG