Accessibility links

Pakistanın şimal-qərbində zorakılıqlar vüsət alıb


Pakistanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, bu gün ölkənin şimal- qərb regionunda həyata keçirilən intiharçı hücumu azı 40 nəfərin ölümünə, çox sayda insanın yaralanmasına səbəb olub. Hadisə Darra Adam Xel bölgəsində qəbilə başçılarının təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar keçirdiyi yığıncaq zamanı baş verib. Hökumət rəsmiləri qəbilə başçıları arasında Islamçı yaraqlılara qarşı mübarizə aparılması barədə razılaşmanın yekunlaşdırıldığını bildirirlər. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
XS
SM
MD
LG