Accessibility links

İran BMT-nin Təhlükəsizlik Şurasının Tehrana qarşı yeni sanksiyalarını qınayıb


İran BMT Təhlükəsizlik Şurasının mübahisəli nüvə proqramına görə Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyaları qınayıb. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni deyib ki, BMT sanksiyaları “qəbuledilməzdir”.

Təhlükəsizlik Şurası ticarətə dair əvvəl tətbiq edilmiş sanksiyalarda nəzərdə tutulduğu kimi, İranla ticarət əlaqələrini daha da məhdudlaşdıran və Tehranın nüvə proqramı ilə əlaqəsi olan şəxslərin səfərləri və bank hesablarına məhdudiyyətlər qoyan sanksiyaları bazar ertəsi günü qəbul edib. Sanksiyalar İranın nüvə silahı istehsal edə bilməsi ilə əlaqədar narahatlıqlara görə tətbiq edilib.

XS
SM
MD
LG