Accessibility links

Kondoliza Rays sülh danışıqlarının qarşıdurma dayandıqdan sonra bərpa ediləcəyini deyib 


ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, İsrail və Fələstin müzakirəçilərinin sülh danışıqları İsrailin Həmasın nəzarəti altında olan Qəzzaya qarşı hücumalrını dayandırdıqdan sonra bərpa ediləcək. Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas İsraillə sülh danışıqlarının Qəzzada zorakılıqlara son qoyulmayınca bərpa etmək niyyətində olmadığını bildirdikdən sonra danışıqlara hazır olduğunu deyib.

Xanım Rays Yaxın Şərq səfəri zamanı fələstinliləri sülh danışıqlarını bərpa etməyə, İsraili isə müki vətəndaşları hədəf alan hücumları dayandırmağa çağırıb. Bu gün Kondoliza Rays Fələstin müzakirəçiləri ilə görüş keçirib. Brüsselə yola düşməzdən əvvəl o, İsrailin müdafiə və xarici işlər nazirləri Ehud Barak və Tzipi Livni ilə müzakirələr keçirib.

XS
SM
MD
LG