Accessibility links

NATO-nun xarici işlər nazirləri Brüsseldə iclas keçirir


NATO xarici işlər nazirləri Əfqanıstana əlavə əsgəri qüvvə göndərilməsi və alyansın genişlənməsi məsələsini müzakirə etmək üçün bu gün Brüsseldə iclas keçirirlər. ABŞ dövlət katibi Kondoliza Rays və Britaniyanın xarici işlər naziri Deyvid Milliband NATO müttəfiqlərinin Əfqanıstanın problemli cənub bölgəsinə kifayət qədər əsgər göndərəcəyinə əmin olduqlarını deyiblər. Bu açıqlamalar Kanadanın digər NATO müttəfiqlərinin Əfqanıstanın cənubuna döyüşən qüvvə göndərmədiyi halda, öz hərbi qüvvələrini oradan çıxaracağını deməsindən sonra verilib. NATO xarici işlər nazirləri Xorvatiya, Albaniya və Makedoniyanın alyansa üzv olmaq istəklərini də müzakirə ediblər.
XS
SM
MD
LG