Accessibility links

İraq prezidenti Türkiyədədir


İraq prezidenti Cəlal Talabani Ankaraya səfər edib. Səfərin məqsədi Türkiyə ordusunun İraqın şimalına hücumu ilə bağlı iki ölkə arasındakı gərginliyi azaltmaqdır. Bu, Talabaninin prezident kimi Türkiyəyə ilk səfəridir.

Rəsmilər deyir ki, Türkiyə prezidenti Abdulla Gül cənab Talabani üçün şam yeməyi təşkil edəcək. İraq lideri iki günlük səfəri zamanı baş nazir Rəcəb Tayyip Ərdoğanla da görüşücək. Bağdad və Ankara arasında münasibətlər keçən ay İraqın şimalına 8 günlük hava və quru hücumlarından sonra gərginləşib. Bağdad bu hərbi əməliyyatın İraqın suverenliyini pozduğunu deyərək, hücumu ittiham edib.


XS
SM
MD
LG