Accessibility links

Serbiya baş naziri istefa verib


Serbiyanın baş naziri Voyislav Koştunitsa Kosovo barədə koalisiya hökumətində olan narazılıqlar səbəbilə vəzifəsindən istefa verib. Bu gün mətbuat konfransında danışan baş nazirin sözlərinə görə, bu, hökumətin sonu deməkdir. O, may ayında növbədənkənar seçkilərin keçirilməsinə çalışır. Cənab Koştunitsa artıq koalisiya müttəfiqlərinə inanmadığını bildirib. O deyib ki, onlar Serbiyadan ayrılaraq müstəqilliyini bəyan etmiş Kosovo ilə ciddi mübarizə aparmır. Baş nazir uzun müddətdir qərbyönümlü prezident Boris Tadiçlə Kosovo məsələsində razılaşa bilmir. Serblərin çoxu Alban çoxluğunun yaşadığı yeri Serbiyanın tarixi ərazisi hesab edir.
XS
SM
MD
LG