Accessibility links

BMT elçisi Birma hərbi hökumətiylə danışıqları bərpa edib


BMT elçisi İbrahim Qəmbəri son geriləmələrə baxmayaraq demokratiyaya doğru addımlar atılması ilə bağlı Birma hərbi hökumətiylə danışıqları bərpa edib. BMT məlumat verir ki, Qəmbəri bu gün Birmanın səhiyyə və milli planlaşdırma nazirləri ilə, habelə mülki xidmət idarəsinin rəisi və xarici işlər nazirinin müavini ilə görüşüb. Dünən Birmanın hərbi hökuməti mayda keçiriləcək referenduma BMT müşahidəçilərinin gəlməsi ideyasını rədd etmişdi. Hökumət deyir ki, səsvermə onun suveren səlahiyyətlərinə daxildir. Filippin Prezidenti Qloriya Arroyo bu qərarı tənqid edərək xarici müşahidəçilərin suverenliyə hədə olmadığını və onların seçkilərin etibarlılığını dünyaya göstərə bildiklərini vurğulayıb. Birmanın hərbi idarəçiləri Aunq San Suu Kyiyə ictimai vəzifə tutmağı qadağan edən konstitusiya layihəsini dəyişməkdən imtina edirlər.
XS
SM
MD
LG