Accessibility links

Çin terrorçuları zərərsizləşdirib


Çinin yüksək vəzifəli rəsmilərinin bildirdiyinə görə, polis bu il Pekin Olimpiya Oyunlarında terror hücumu həyata keçirməyi planlaşdıran militantların bəzisini həbs edib, bir neçəsini isə öldürüb. Kommunist partiyasının Şincanq regionunun rəsmisi Van Leqan bu gün jurnalistlərə deyib ki, yanvarın 27-də regional paytaxt Urumçidə keçirilən reyd zamanı məhv edilən materiallar göstərdi ki, dəstə Olimpiyadanı sabotaj etməyi planlaşdırırmış. Van Pekində Çin Parlamentinin sessiyasında danışıb. O, planlaşdırılmış hücumun cüzi detallarını açıqlasa də, dəstənin məqsədinin aydın göründüyünü dilə gətirib. Çin bir müddətdir ki, Şincanqın uyğur əhalisi içərisində müsəlman separatçılara qarşı mübarizə aparır.
XS
SM
MD
LG