Accessibility links

Ehud Olmert 750 yeni binanın inşası qərarını təsdiq edib


İsrailin Daşınmaz Əmlak Nazirliyinin bildirdiyinə görə, baş nazir Ehud Olmert İordan çayının qərb sahilinin yəhudilər yaşayan hissəsində 750 yeni evin tikilməsi barədə qərarı təsdiq edib. Nazirlik deyir ki, Qüds yaxınlığındakı düşərgədə tikinti qərarının 1999-cu ildə də təsdiq olunmasına baxmayaraq, bu qərar dəfələrlə təxirə salınıb. Fələstinlilərin müzakirəçisi Saeb Erekat İsrailin bina inşa etmək planını tənqid edib. Beynəlxalq “Yol Xəritəsi” İsrail və Fələstini inşa fəaliyyətlərini dondurmağa çağırır. Fələstinlilər istəyir ki, İsrail İordan çayının qərb sahilində bütün tikintiləri dayandırsın.

XS
SM
MD
LG