Accessibility links

Iraqın Diyala vilayətinin qəbilə başçısı qətlə yetirilib


İraq rəsmiləri deyirlər ki, intiharçı qadın Diyala vilayətində yerli qəbilə başçısının evi qarşısında özünü partladaraq, qəbilə başçısını və başqa 3 nəfəri öldürüb. Polis deyir ki, intiharçı bombanı Şeyx Qadban Əl-Xarxi onu qarşılamağa çıxarkən partladıb. Qəbilə başçısının bir ailə üzvü və iki cangüdəni partlayış nəticəsində həlak olub.

Əl-Qaida son zamanlar İraqda etdiyi hücumlarda qadın intiharçılardan istifadə edir. Dünən ABŞ hərbi rəsmiləri bildiriblər ki, son terror aktları İraqda zorakılıqların artmasına dəlalət etmir.

XS
SM
MD
LG