Accessibility links

ABŞ səfiri Minski tərk edib


ABŞ-ın Belarusdakı səfiri Minsk hökumətinin çağırışları altında iki ölkə arasında diplomatik münasibətlərin daha gərginləşdiyi şəraitdə bu ölkəni tərk edib. Rəsmilərin bildirdiyinə görə, səfir Karen Stüart Minski bu gün tərk edib. Belarus Buş administrasiyanın iqtisadi sanksiyalarına etiraz əlaməti olaraq, öz səfirini Vaşinqtondan keçən həftə geri çağırmışdı. ABŞ səfirliyinin bəyanatında deyilir ki, Stüartın ölkəni tərk etməsi müvəqqəti xarakter daşıyır. Burada həmçinin Belurus xalqının demokratiya istəmlərinə dəstək bildirilir və deyilir ki, Vaşinqton ikitərəfli münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmağa hazırdır.
XS
SM
MD
LG