Accessibility links

Latviya və Estoniya ABŞ-la vizasız rejimə dair razılıq imzalayıblar


Birləşmiş Ştatlar Latviya və Estoniya ilə vizasız rejimin tətbiq edilməsinə dair razılıq imzalayıblar. Razılığa Estoniyada Daxili işlər naziri Puri Pihl və ABŞ-ın Daxili Təhlükəsizlik naziri Maykl Çertof imza atıblar. Sənədə əsasən hər iki ölkədə hüquq-mühafizə orqanları sərnişinlər haqda məlumatları bölüşəcəklər. Çertof və Latviyanın Xarici işlər naziri Maris Riekstins eyni sənədə bir qədər sonra Latviya paytaxtı Riqada imza atıblar. Avropa Birliyinin 15 üzvü vizasız rejim proqramına əsasən, səfərlər haqda informasiyanı Birləşmiş Ştatlar bölüşür.
XS
SM
MD
LG