Accessibility links

İran Kəşfiyyat agentliyi İran qanunvericisinin Amerikanın səsinə müsahibə verməsilə bağlı araşdırma aparacaq


İranın Kəşfiyyat nazirliyi İran parlamentinin üzvünün Amerikanın səsinin fars xidmətinə qarşıdan gələn parlament seçkilərilə bağlı verdiyi müsahibəni qınayıb. Kəşfiyyat naziri Qulam Hüseyn Möhseni-Ecey bu gün deyib ki, nazirlik islahatçı qanunverici Nurəddin Purmoazenin hərəkətlərini araşdıracaq. Onun sözlərinə görə, İran qanunvericilərinin xarici yayım şirkətlərinə müsahibə verməsi qadağandır. Amerikanın səsinin fars xidmətinin dəyirmi masa söhbəti zamanı müsahibədə Pirmoazen prezident Mahmud Əhmədinejadın hökumətini tənqid edib. Qanunverici deyib ki, cənab Əhmədinejadın yeritdiyi xarici və daxili siysət İranın dünyadan təcrid olmasına gətirib çıxarıb.
XS
SM
MD
LG