Accessibility links

Həmas İsraillə atəşkəsin şərtlərini açıqlayıb


İslamçı militant qrup Həmasın lideri İsraillə atəşkəsin şərtlərini açıqlayıb. Bu gün Qəzza zolağında danışan İsmayıl Haniyə deyib ki, İsrail ərazidə reydləri sona çatdırmalıdır. O həmçinin İsrailin Qəzza ilə sərhədlərini açmalı olduğunu bildirib. Həmas iyun ayında Qəzanı ələ keçirəndən bəri, İsrail ərazini blokadada saxlayır. Haniyənin sözlərinə görə, atəşkəs eyni vaxtda başlamalı, qarşılıqlı və müfəssəl olmalıdır. İsrail Haniyənin qeydlərinə heç bir reaksiya verməyib. İsrail və Həmas bu yaxınlarda İsrailin Qəzzaya hücumu nəticəsində 120 fələstinlinin ölümündən sonra qeyri-rəsmi atəşkəsə əməl edirlər. İsrail fələstinlilərin ölkənin cənubunda raket hücumlarına cavab olaraq hücuma başlamışdı.
XS
SM
MD
LG