Accessibility links

Barak Obama yenidən irəlidədir


ABŞ prezidentliyinə demokrat namziəd İllinois ştatından senator Barak Obama rəqibi - Nyu York senatoru Klintondan daha da irəliyə çıxır. Gələn ay nümayəndələri ilə zəngin Pensilvaniya ştatında təşkil ediləcək praymeridən öncə Obama Missisipi ştatında qələbə əldə edib. Barak Obama indi 60, Hillari Klinton isə səslərin 39%-nə malikdir. Missisipinin 33 nümayəndəsindən Barak Obama 17-ni əldə etməlidir.

İllinois senatoru prezident Buşun siyasətini davam etdirəcəyini deyən respublikaçı namizəd Con Makkeyn əleyhinə demokaratların yürüş keçirəcəyini deyib.

158 nümayəndəyə malik olan Pensilvaniya şatında ilkin seçkilər aprel ayının 22-ə təyin edilib. Rəy sorğularına görə, Hillari Klinton bu ştatda cüzi fərqlə irəlidədir.

XS
SM
MD
LG