Accessibility links

Asif Zərdari daha bir ittihamdan azad olub


Pakistanda vəkillərin dediyinə görə, məhkəmə Pakistan Xalq Partiyasının həmsədrinə qarşı daha bir korrupsiya ittihamını ləğv edib. Məhkəmənin qərarına görə, Asif Əli Zərdarinin üzərində yalnız bir korrupsiya ittihamı qalır. Keçən həftə prezident Pərviz Müşərrəfin amnistiyasının bir hissəsi kimi, məhkəmə Zərdarinin ittiham olunduğu 5 maddəni ləğv etmişdi. Bu razılaşma Zərdari və onun dünyasını həyat yoldaşı, sabiq baş nazir Benazir Bhuttonun mühacirətdən Pakistana qayıtmasına imkan yaratmışdı. Məhkəmə həmçinin Zərdarinin dondurulmuş hesablarının bərpa olunmasına qərar verib.

XS
SM
MD
LG