Accessibility links

ABŞ Mərkəzi Komandanlığının rəhbərinin istefa verəcəyi gözlənilir


ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Vilyam Fallon bu ayın sonunda istefa verəcək. Bu günlərdə dərc edilmiş jurnal məqaləsində bildirilir ki, admiralla Buş administrasiyası arasında İran siyasəti ilə bağlı fikir ayrılığı var idi. Admiral Fallon bu ziddiyətləri təkzib etsə də, əlavə edib ki, narazılıq təsəvvürünün yaranması onun işini davam etdirməsini çətinləşdirib.

"Esquire" jurnalındakı məqaləyə əsasən admiral İranın nüvə proqramının qarşısını almaq üçün mümkün hərbi varianta qarşı çıxış edir. ABŞ müdafiə naziri Robert Geyts cənab Fallonun istefasının Amerikanın İranla müharibəyə hazırlaşmasından xəbər verməsi haqda səsləndirilən fikirləri əsassız adlandırıb.

XS
SM
MD
LG