Accessibility links

ABŞ prezidenti terrorçularla bağlı kəşfiyyat qanununa veto qoyacağını deyib


ABŞ prezidenti Corc Buş Nümayəndələr Platasında nəzərdən keçirilən terrorçularla bağlı kəşfiyyat qanununun milli təhlükəslziyə hədə adlandırıraq, qanuna veto qoyacağını bildirib. Ağ Evdə çıxış edən prezident deyib ki, Nümayəndələr Platasının qanun layihəsində ciddi qüsurlar var. O, bu qüsurların kəşfiyyat sahəsində boşluqlar yaradacağı barədə xəbərdarlıq verərək, 2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra köhnə qanunun müddətinin bitməsindən sonrakı dövrdə hökumətə kəşfiyyat sahəsində yardım edən şirkətlərin toxunulmazlığını təmin etmədiyini deyir.

ABŞ və xaricdə terrorizmdən şübhələnilənlərin telefon və e-mail kommunikasiyalarının izlənilməsini mümkün edən Kəşfiyyat Proqramının müddəti bu ilin əvvəlində başa çatıb.

XS
SM
MD
LG