Accessibility links

Azadlıq qəzetinin müxbiri hücuma məruz qalıb


Martın 13-ü axşam saatlarında müxalif Azadlıq qəzetinin fotomüxbiri Aqil Xəlil naməlum şəxlər tərəfindən bıçaqlanıb.

Azadlıq qəzetinin baş redaktoru Azər Əhmədov zahirən idmançıya oxşan iki nəfərin bir neçə gündür ki, onu izlədiyini deyib. Müxbir evə gedərkən yolda onu bıçaqlayıblar.

Həkim bıçaq yarasını ön ürək nahiysində aşkar edib. Ən son məlumata görə, xəstəxanaya çatdırılan Aqil Xəlil əməliyyat olunub. Həkimlər onun vəziyyəti barədə qəti bir söz deməsə də, müxbirin huşunun özündə olduğunu deyiblər. Qeyd edək ki, qısa bir müddət əvvəl Aqil Xəlil reportaj hazırladığı zaman da, iki nəfər tərəfindən təhqirlərə məruz qalmış, hədələnmiş və döyülmüşdü.

XS
SM
MD
LG