Accessibility links

İranda parlament seçkiləri keçirildi


Bir sıra islahatçı namizədlərin seçkiyə buraxılmamasından sonra yeni parlamentin mühafizəkar qüvvələrin nəzarəti altında olacağı gözlənilir. Seçicilər 290 yerlik parlamentə seçilmək üçün dörd min beş yüz namizədə səs verirlər. Seçkilər iki rəqib mühafizəkar qrup arasında keçir. Bunlardan biri sərt-xətt tərəfdarı prezident Mahmud Əhəmdinejada yaxın qrupdur. Digər qrupsa İranla qərb arasında mübahisəli nüvə proqramı ətrafında yaranmış vəziyyətin daha çox siyasi yolla həllini istəyir. İranın Nəzarət Şurası çoxu islahatçı və Mahmud Əhmədinejadın opponenti olan min yeddi yüz namizədi seçkiyə buraxmayıb.
XS
SM
MD
LG