Accessibility links

Avstiya kansleri Alfred Qusenbauer girovların azad edilməsinə çağırıb


" hspace=2 src="/azerbaijani/images/ap_austria_chancellor_Gusenbauer_13mar08_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Avstriyanın kansleri Alfred Qusenbauer Tunisdə Əl-Qaidə terrorçuları tərəfindən girov götürülmüş avstriyalı turistlərin qeyd-şərtsiz azad edilməsinə çağırıb. Cənab Qusenbauer bu bəyanatı Avropa Birliyi liderlərinin sammitində iştirak etmək üçün Brüsselə gəldikdən sonra verib. Avstriya kansleri deyib ki, onun prioriteti girovların sağlamlığıdır. Lakin o, Avstriyanın terrorçuların tələblərini yerinə yetirməyəcəyini bildirib.

Özünü Müsəlman Məğrib torpağında Əl-Qaidə adlandıran qrup İnternet səhifəsində fevral ayında itkin düşmüş Volfqanq Ebner və onun qız dostu Andrea Klyberin girov saxlandığı haqda məlumat yerləşdirib. Qrup Tunis və Əlcəzairdə saxlanılan məhbusların azadlığa buraxılmasını tələb edir. Avstriyaya tələbi yerinə yetirmək üçün bazar gününə qədər vaxt verilib.

XS
SM
MD
LG