Accessibility links

İsraillə Fələstin arasında sülh danışıqları bərpa olunub


Qüdsdə İsrail və fələstinlilər arasında danışqlar tərəflərin beynəlxalq ictimaiyyətin razılaşdırdığı plana əsasən öz vəzifələrini yerinə yetirmədiyi haqda kəskin tənqidlərlə qarşılaşdığı şəraitdə bərpa olub. ABŞ generalı Vilyam Fraser bu gün fələstinlilərin baş naziri Salam Fayyad və İsrailin Müdafiə Nazirliyinin rəsmisi Amos Giladla görüşlər keçirib. İsrailin müdafiə naziri Ehud Barak öz əvəzinə görüşə Amos Giladı göndərib.

Prezident Buş general Fraseri 2003-cü ildə hazırlanmış “Yol Xəritəsi” planının inkişafına monitorinq etmək üçün nümayəndə təyin etmişdi. Tərəflərin heç biri plana əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməyib.

XS
SM
MD
LG