Accessibility links

Qəndəhar vilayətində ibtidai məktəbdə yanğın törədilib


Əfqan rəsmiləri bu gün Qəndəhar vilayətindəki ibtidai məktəb binasının yandırılmasında Taliban yaraqlılarını günahlandırırlar. Xəzarət alanlar barədə məlumat verilməyib.Yerli təhsil idarəsinin rəhbəri Məhəmməd Ənvər deyib ki, məktəbdə 200 qız olmaqla, 1200 şagird təhsil alır. Taliban dövrü qızların məktəbə getməsi qadağan olunmuşdu. Lakin 2001-ci ildə ABŞ-ın başçılığı ilə talibanın hakimiyyətdən devrilməsindən sonra Əfqanıstanda təhsil sistemi bərpa edilmişdir.

XS
SM
MD
LG