Accessibility links

Tibetdə nümayişlər zorakılıqlarla müşayiət edilib


Tibetin paytaxtı Lasada nümayişlər zorakılıqlarla müşayiət edilib. Şəhərdə mağazalar və maşınlar yandırılıb. Çin hökumətinə qarşı bu etiraz aksiyası son 20 ildə ən böyük nümayişdir. Şahidlərin dediyinə görə, şəhərdə atəş səsləri eşidilib. İki nəfərin öldürüldüyü xəbər verilir. Bəziləri ölənlərin sayının daha çox olduğunu deyirlər. Fövqəladə Hallar rəsmisi Fransanın xəbər agentliyinə bir çox adamın yaralandığını, bir neçə nəfərin həlak olduğdunu təsdiq edib.

Tibetdə olan britaniyalı jurnalistin məlumatına görə, Lasanın qədim hissəsi yanğınlar, talançılıq və təhlükəsizik qüvvələri ilə qarşıdurmalardan sonra qiyamçıların nəzarəti altındadır.

XS
SM
MD
LG