Accessibility links

İranda parlament seçkilərindən sonra səslərin hesablanması davam etdirilir


İranda dünənki parlament seçkilərindən sonra səslərin hesablanması davam etdirilir. Yarı-rəsmi FARS xəbər agentliyinin bildirdiyinə görə, ilkin nəticələr 290 yerli parlamentin 70 faizinin mühafizəkarların qazandığını göstərir. Hökumət rəsmiləri səsvermə hüququna malik olan 44 milyon secinin 65 faizinin səsvermədə iştirak etditini bildirir. Nəzarət Şurasının bir çox islahat tərəfdarı namizədin seçkilərdən kənarlaşdırması ilə seçkilər sərt-xətt tərəfdarı prezident Mahmud Əhəmdinejadın tərəfdarları və İranla qərb arasında mübahisəli nüvə proqramı ətrafında yaranmış vəziyyətin siyasi yolla həllini istəyən mötədil mühafizəkarların yarışı olub. ABŞ Dövlət Departamenti namizədlərin seçkilərdən uzaqlaşdılmasına görə nəticələrin saxtalaşdırıldığını bildirib.

XS
SM
MD
LG