Accessibility links

Atlanta şəhəri qasırğa səbəbi ilə ciddi dağıntılara məruz qalıb


ABŞ-ın cənub-şərq ştatı Gorciyanın Atlanta şəhəri qasırğa səbəbi ilə ciddi dağıntılara məruz qalıb. Şəhər sakinləri arasında xəsarət alanlar var. Şiddətli küləklə qasırğa şəhəri dünən axşam saat 10 radələrində təsirinə məruz qoyub. Nəticədə əsas mehmanxana, kabel şirkətinin binaları və idman kompleksinin damı uçub. Həmin vaxt idman mərkəzində minlərlə adam basketbol oyununu seyr edirdi. 16 adamın yaralandığı, on minlərlə insanın işıqsız qaldığı bildirilir.

XS
SM
MD
LG