Accessibility links

Georgi Qonqadzenin qətilləri azadlıqdan məhrum edilib


Ukrayna məhkəməsi tərəfindən jurnalist Georgi Qonqadzenin 8 il bundan əvvəlki qətli ilə bağlı 3 polis zabiti -Mikola Protasov, Valeri Kostenko və Oleksandr Popoviç 12 və 13 il müddətinə azadlıqdan məhrum edilib. Siyasi korrupsiyalarla bağlı məqalələr yazan 31 yaşlı Qonqadze 2000-ci ildə oğurlanmış və öldürülmüşdü. Yüksək səviyyəli siyasətçilərin sifarişi ilə edildiyi deyilən Qonqadzenin qətli dünya ictimaiyyətinin diqqətini Ukraynaya yönəltmişdi. Rusiya biznesmeni Boris Berezovskinin rəhbərlik etdiyi fond Qonqadzenin parlamentin sabiq spikeri Oleksandr Morozun göstərişi ilə ölüdürüldüyünü desə də, Ukrayna prokurorluğu buna dair heç bir dəlilə malik olmadığını bildirmişdi. Keçmiş prezident Leonid Kuçmanın cangüdəni isə qətldə prezidentin əli olduğunu demişdi.

XS
SM
MD
LG