Accessibility links

ABŞ Maliyyə naziri iqtisadiyyatda sabitlik vəd edir


ABŞ-ın Maliyyə naziri Henri Polson deyib ki, hökumət maliyyə bazarlarında sabiliyin təmin olunması üçün lazım oan hər bir şeyi etməyə hazırdır. Paulson ən böyük investisiya bankı olan Bear Stearnsa yardım məqsədilə hökumətin dəstəklədiyi planın iki gün öncə açıqlanmasından sonra bu gün televiziyada danışıb. O, planın düzgün addım kimi qiymətləndirib, lakin hökumətin çətin vəziyyətdə olan digər şirkətlərə də eyni tipli yardaım edib-etməyəcəyi barədə bir söz deməyib. Polson həmçinin deyib ki, ABŞ hökumətinin rəsmiləri dolların dəyərini saxlamaq və Amerikanın maliyyə bazarlarında vəziyyətin sabitldirilməsi istiqamətində iş aparırlar. Nyu York ştatından demokrat senator Çarlz Şumer iqtiasdiyyatın bu günkü zəfi durumunu “Buş tənəzzülü” adlandırıb və deyib ki, daşınmaz əmlak bazarında böhran ən yüksək nöqtəsinə çatıb. Senator bunu ölkədə uzun müddətdən bəridir ən ciddi iqtisadi problem adlandırıb.
XS
SM
MD
LG