Accessibility links

Kosovoda serb nümayişçilərlə polis arasında toqquşmalar davam edir


BMT polisi və NATO sülhməramlıları Mitorvistadakı məhkəmə binasından çıxarılmalarına etiraz edərək daş atmağa başlayan yüzlərlə serbi dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib. Bugünkü toqquşma keçən ay Kosovo müstəqilliyini elan edəndən bəri qeydə alınan ən böyük zorakılıq faktıdır. İnsident zamanı 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. İğtişaş keçən cümə serblərin ələ keçirdiyi məhkəmə binasını geri qaytarmaq üçün BMT polisi və NATO sülhməramlılarının sərt addımlar atmasından sonra başlayıb. Serb gəncləri zabitlərə hücum edib. Reydlər zamanı həbs olunan 50 nəfərin aparıldığı maşına hücum edən nümayişçilər, onların bir neçəsinin azadlığa çıxmasına müvəffəq olub.
XS
SM
MD
LG