Accessibility links

Bişkekdə etiraz aksiyası keçirilib


Qırğızıstan polisi ABŞ-ın o ölkədəki hərbi mövcudluğuna etiraz edən nümayişçilərdən 4 nəfərini həbs edib. Aksiya iştirakçıları Bişkekdə Xarici İşlər Naziriliyi qarşısında Amerika əleyhinə plakatlar qaldırmış, hərəkatın himnini səsləndirmişlər. Həbs edilənlər arasında hərəkatın lideri İqor Trofimov da var. Etiraz aksiyası ABŞ Dövlət Departamentinin rəsmisi, dövlət katibi müavininin Orta Asiya üzrə yardımçısı Pamela Sprantlenin Qırğızıstana səfəri vaxtı keçirilib. Qrup Amerika Birləşmiş Ştatlarının Qırğızıstandakı hərbi bazalarının bağlanması və qüvvələrin ölkədən çıxarılmasını tələb edir.

XS
SM
MD
LG