Accessibility links

ABŞ-ın müdafiə naziri və dövlət katibi Vladimir Putinlə görüş keçirib


ABŞ-ın müdafiə naziri Robert Geyts və dövlət katibi Kondoliza Rays bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Rusiya prezidentinə Corc Buşun məktubu çatdırılıb. Məktubla bağlı Rusiya lideri deyib ki, burada yazılanlar Amerika-Rusiya münasibətlərinə ciddi inkişaflar gətirə bilər. Yenicə prezident seçilən Dmitri Medvedev Kondoliza Rays və Robert Geytslə danışıqlardan sonra Rusiyanın ABŞ-la münasibətlərinə yeni gələcək gətirməklə silah məsələlərinin həllində nailiyyət əldə edəcəklərinə ümid bəslədiyini deyib. Rusiya lideri raketlərdən müdafiə sistemi və silahların azaldılması strategiyasını xüsusi vurğulayıb. Bu gün Rusiyaya gedən ABŞ rəsmilərinin görüşü iki gün davam edəcək.

XS
SM
MD
LG