Accessibility links

Dik Çeyni İraqın kürd lideri Məsud Bərzani ilə görüşüb


Bu gün İraqın kürd lideri Məsud Bərzani ilə görüşən Birləşmiş Ştatların vitse- prezidenti Dik Çeyni onu ölkədə milli barışığa yönələn qanunların qəbul edilməsinə çağırıb. O, habelə yenidənqurma işlərində və ABŞ-la İraq arasında yeni strateji münasibətlərin qurulmasında Bərzaniyə arxalandığını söyləyib.

Cənab Çeyni Bağdadın şimalındakı Balad Hərbi Hava bazasında ABŞ hərbi qüvvələri qarşısında çıxışı zamanı ABŞ-ın bu ölkədə missiyasını davam etdirəcəyini deyib. Çıxışdan öncə cənab Çeyni İraq prezidenti Cəlal Talabani, İraqın baş naziri Nuri Əl–Maliki və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. O, eləcə də İraqdakı ABŞ hərbi qüvvələrinin komandiri, General Deyvid Petreyesla və ABŞ-ın İraqdakı səfiri Rayan Krokerlə görüşmüşdür.

XS
SM
MD
LG