Accessibility links

ABŞ rəsmiləri artıq ikinci gündür Rusiyada danışıqlar aparır


ABŞ dövlət katibi Kondoliza Rays və Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Avropada raketdən müdafiə sistemi barədə olan narazılıqların aradan qaldırılmasında müsbət fikirdə olduqlarını bildiriblər. Xanım Rays və müdafiə naziri Robert Qeyts Rusiyaya səfərlərinin ikinci günü Rusiya rəsmiləri ilə ABŞ-ın Polşada 10 raket interseptorun yerləşdirilməsi və Çexiyada radar quraşdırılması planı barədə danışıqlar aparıb. Danışıqlardan öncə dünən xanım Rays Rusiyada postunu tərk etməyə hazırlaşan Vladimir Putin və yeni seçilən prezident Dmitri Medvedevlə görüşdən müsbət təəssuratla ayrıldığını bildirib. Cənab Qeyts isə iki tərəfin ABŞ prezidenti Corc Buşun gələn ilin əvvəli vəzifəsini tərk edənədək bu sahədə razılıq əldə edəcəyini proqnozlaşdırdığını deyib.
XS
SM
MD
LG