Accessibility links

Abxaziya Gürcüstanın casus təyyarəsini vurub


Abxaziyadakı separatçıların bildirdiyinə görə, onlar Qara dəniz üzərində Gürcüstanın pilotsuz casus təyyarəsini vurublar. Gürcüstan və Rusiya xəbərlərində təktərəfli müstəqilliyini elan etmiş Abxaziya hökumətinin lideri Serqey Baqapşa istinadən bildirilir ki, Abxaz hərbi təyyarəsi gürcü təyyarəsini vuraraq yerə salıb. Gürcüstanın mərkəzi hökumətilə separatçılar arasındakı gərginlik son həftələr daha da artıb. Bu, Abxaziyanın dünya ictimaiyyətindən onların müstəqil dövlət kimi rəsmən tanınmasını istəməsindən sonra baş verib. Abxaz rəsmiləri bu fikirdə Kosovonun müstəqilliyinin tanınmasını əsas gətirib.
XS
SM
MD
LG