Accessibility links

Yəməndəki ABŞ səfirliyi yaxınlığında bomba partlayışı həyata keçirilib


Yəməndəki Birləşmiş Ştatlar səfirliyinin yaxınlığında həyata keçirilən bomba partlayışı bir təhlükəsizlik işçisinin ölümünə, uşaqlar da daxil edilməklə, bir neçə nəfərin yaralanmasına səbəb olub. Ölkənin Daxili İşlər Nazirliyinin rəsmiləri bildirirlər ki, iki bomba naməlum şəxslər tərəfindən Yəmənin paytaxtı Sana şəhərindəki qız məktəbinin və ABŞ səfirliyinin yerləşdiyi ərazidə partladılıb. Hücumun səfirliyi və ya məktəbi hədəf aldığı məlum deyil. Rəsmilər səfirlik işçilərinin xəsarət almadığını bildirirlər. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG