Accessibility links

ABŞ-ın İraqa hərbi müdaxiləsinin beşinci ildönümü tamam olur


Bu gün Birləşmiş Ştatların İraqa hərbi müdaxiləsinin beşinci ildönümü tamam olur. Bu münasibətlə prezident Buş çıxışı zamanı İraqdakı müharibəni müdafiə edəcək və ordunun İraqdan çıxarılmasının terrorçulara azadlıq verilmiş olduğunu deyəcək. Dünən Ağ Evdə etdiyi çıxışı zamanı cənab Buş Birləşmiş Ştatların ağır itkilər verdiyini etiraf edib. Lakin bu gün Pentaqonda etdiyi çıxışında cənab Buş müharibənin müvəffəqiyyətlə aparıldığını və keçən il İraqa əlavə 30 min hərbi qüvvə göndərildikdən sonra orada təriqətlərarası zorakılıqların azaldığını deyib. Bu gün keçirilən seçkiqabağı kampaniyaları zamanı prezidentliyə demokrat namizədlər, Barak Obama və Hillari Klinton da müharibə məsələsinə toxunacaqlar.
XS
SM
MD
LG