Accessibility links

Dik Çeyni İranın Yaxın Şərqdə təsirinin artdığını deyir


ABŞ-ın vitse-prezidenti Dik Çeyni Oman sultanı Şeyx Kabus Bin Səidlə görüşü zamanı İranın Yaxın Şərqdə artmaqda olan təsirinə dair narahatlığını bildirib. Onlar İranla dünya ictimaiyyəti arasındakı gərginliyin artdığını, İranın nüvə və İraqdakı fəaliyyətlərinin dünya ictimaiyyətini narahat etdiyini deyiblər. Oman Dik Çeyninin regiona 9 günlük səfərinin ikinci dayanacağıdır.

ABŞ rəsmiləri Çiyninin Omana terrorimzlə mübarizədəki əməkdaşlığına görə təşəkkürünü bildirəcəyini deyirlər. Oman ABŞ-a yanacaq doldurulması və texniki avadanlıqla təmin edilməsi üçün öz hərbi bazalarından istifadə etməsinə imkan verir. Lakin Oman İranla normal əlaqələrə malik olan ölkədir.

XS
SM
MD
LG