Accessibility links

Mixail Saakaşvili Corc Buşla görüşüb


Bu gün ABŞ prezidenti Corc Buş NATO-ya üzvlüyə can atan gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə Ağ Evdə görüş keçirib. Danışıqlar əsasən Cənubi Osetiya və Abxaziya regionlarının separatizmi üzərində mərkəzləşib. Görüşdən sonra təşkil edilən mətbuat konfransında prezident Buş deyib ki, Gürcüstanın NATO-ya üzvlüyü Gürcüstan qədər alyansın da mənafeyinə xidmət edəcək. Gürcüstan prezidenti Saakaşaili isə öz növbəsində Corc Buşa dəstəyinə görə təşəkkürünü bildirib. O deyib ki, Gürcüstan ABŞ-ın demokratiya quruculuğunda güclü müttəfiqidir. Dünən Gürcüstanın dövlət başçısı Nyu-Yorkda BMT-nin baş katibi Ban Ki Munla görüş keçirmişdi. Mixail Saakaşvili deyib ki, Rusiyanın Abxaziyaya qarşı ticarət sanksiyalarını ləğv etməsi onun Abxaziyadakı sülhməramlılarının mövcudluğunu qanunsuz edir. O həmçinin BMT-nin qaçqınların Abxaziyaya qaytarılması kimi missiyasının da həyata keçirilmədiyini bildirib. Gürcüstanın paytaxtı Tbilisidə isə müxalifət tərəfdarlarının iştirakı ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər Amerikanı Saakaşvili ilə əməkdaşlıq etməməyə çağırıb.

XS
SM
MD
LG