Accessibility links

Rusiyada qəzet təsisçisi yoxa çıxıb


Rusiyanın Volqa çayı sahilində yerləşən Tolyatti şəhərinin “Moskovski Komsomolets v Tolyatti” qəzetinin təsisçisi yoxa çıxıb. Həmkarları onun oğurlandığını bildirib. Qəzetin redaktoru Tatyana Quzayeva deyir ki, təsisçi Mixail Sokolov martın 12-də sürücüsü onu toplantıya aparandan sonra yoxa çıxıb. Polis şərh verməkdən yayınsa da, qəzet artıq cinayət işinin açılması barədə məlumat verib. İnsan haqları qrupları son onillikdə jurnalistlərə qarşı hücumların qarşısını almadığına görə Rusiyanı tənqid edib. Bu müddət ərzində 12-dən çox jurnalist qətlə yetirilib. Bu hadisələrə görə həbslər çox nadir hallarda baş verir.
XS
SM
MD
LG