Accessibility links

ABŞ-ın vitse-prezidenti rəsmi səfərlə Əfqanıstandadır


ABŞ-ın vitse-prezidenti Dik Çeyni bu gün Əfqanıstana səfər edərək, Kabildə prezident Həmid Karzai ilə görüşüb. Cənab Çeyni müxbirlərlə görüşü zamanı deyib ki, Əfqanıstanda təhlükəsizliyin təmin olunması üçün Birləşmiş Ştatlar və digər koalisiya qüvvələrinə kifayət qədər əsgər lazımdır.

Cənab Çeyninin sözçüsü bildirib ki, prezident Buş vitse-prezident Çeynidən cənab Karzai ilə gələn ay keçiriləcək NATO sammitindən öncə görüşməyi xahiş edib. Cənab Çeyninin Əfqanıstandakı ABŞ hərbi qüvvələri ilə də görüşəcəyi gözlənilir.

XS
SM
MD
LG