Accessibility links

ABŞ-in vitse-prezidenti Dik Çeyni Səudiyyə Ərəbistanındadır


Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni bu gün rəsmi səfərlə Səudiyyə Ərəbistanına gedib. Cənab Çeyninin Səudiyyə kralı Abdulla ilə dünyada neft qiymətlərinin sabitləşdirilməsi barədə söhbət aparacağı gözlənilir. Cənab Çeyni eləcə də Səudiyyə kralını İraqla rəsmi münasibətləri genişləndirməyə və İranın regiondakı nüfuzunun qarşısını almağa çağıracaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və bir neçə digər ərəb dövləti İraqa öz səfirlərini göndərmək fikrindədirlər.

Dünən Əfqanıstanda səfərdə olan Dik Çeyni Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşmüş və onlar Əfqanıstandakı ekstremistlərlə mübarizə aparmaq üçün NATO-nu bu ölkəyə daha çox yardım etməyə çağırmışlar.

XS
SM
MD
LG